Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, ABŞ-nin maliyyə naziri Skot Bessent İran iqtisadiyyatının dərin böhranda olduğunu və Vaşinqtonun tətbiq etdiyi təzyiq mexanizmlərinin nəticə verdiyini bəyan edib.
Nazirin sözlərinə görə, İranda ərzaq inflyasiyası astronomik göstəricilərə — 150–180%-ə çatıb. Bessent iddia edir ki, yaradılmış ağır iqtisadi şərait səbəbindən ölkə rəhbərliyi artıq silahlı qüvvələri maliyyələşdirməkdə ciddi çətinliklərlə üzləşir.
Yaxın saatlarda atəşkəs və Hürmüz boğazının açılması gözlənilir
Bessent regiondakı gərginliyin azaldılması istiqamətində müsbət irəliləyişlərin olduğunu da diqqətə çatdırıb. O bildirib ki, yaxın günlərdə — bəlkə də elə bu gün və ya sabah — 30–60 günlük müddətə atəşkəs razılaşması əldə edilə bilər.
Maliyyə nazirinin fikrincə, atəşkəs əldə olunduqdan dərhal sonra geostrateji baxımdan kritik əhəmiyyət kəsb edən Hürmüz boğazının təkrar nəqliyyat üçün açılması gözlənilir.
Musavat.com
12 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ