Onlayn ictimai-siyasi qəzet
ABŞ Dövlət Departamenti Meksikanın ən təhlükəli narkotik qruplaşmalarından biri hesab olunan “Sinaloa” kartelinin liderləri barədə məlumat verən şəxslərə ümumilikdə 10 milyon dollar mükafat vəd edib.
Məlumata görə, mükafat Aşağı Kaliforniya ştatında, xüsusilə ABŞ sərhədində yerləşən Tijuanada fəaliyyət göstərən iki qardaşın tutulmasına və ya məhkum edilməsinə kömək edəcək informasiyaya görə veriləcək.
Söhbət Rene Arsate Qarsiya və onun qardaşı Alfonso Arsate Qarsiyadan gedir. Rene Arsate Qarsiya kriminal aləmdə “La Rana”, Alfonso Arsate Qarsiya isə “Aquiles” ləqəbi ilə tanınır. ABŞ hakimiyyəti onların hər biri barədə məlumat üçün ayrıca 5 milyon dollar mükafat vəd edib. Bildirilir ki, bu şəxslər Tijuanada əsas narkotik qaçaqmalçılığı marşrutlarına nəzarət edir və bu, kartelin ABŞ sərhədində strateji üstünlüyünü qorumasına imkan verir.
Bu arada, Meksikada təhlükəsizlik vəziyyətinin gərginləşməsi fonunda Azərbaycanın bu ölkədəki diplomatik nümayəndəliyi də vətəndaşlara xəbərdarlıq edib.
Meksikadakı Azərbaycan səfirliyi bəzi bölgələrdə təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar ölkədə yaşayan və səfərdə olan Azərbaycan vətəndaşlarına müraciət edib. Müraciətdə vətəndaşlara təhlükəli ərazilərdən uzaq durmaq, yerli təhlükəsizlik orqanlarının göstərişlərinə əməl etmək və zəruri hallarda səfirliklə əlaqə saxlamaq tövsiyə olunub.
E.Məmmədəliyev,
Musavat.com
05 Iyun 2026
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ