İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ İranda müvəqqəti hökumət qurmaq üçün plan HAZIRLAYIR

ABŞ administrasiyası hazırkı hökumətin ölkə üzərində nəzarəti itirəcəyi təqdirdə İranda müvəqqəti hökumətin yaradılması üçün ssenari hazırlayır.

Musavat.com xəbər verir ki, bu barədə "The National" qəzeti məlumat yayıb.

Nəşrin mənbələrinə görə, ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşner prosesdə iştirak edir.

O, keçid idarəetmə modeli ilə bağlı məsləhətləşmələr aparmaq üçün İran-Amerika sahibkarlarından ibarət bir dairə yaradır.

İran müxalifətinin yaxın günlərdə Florida ştatının Palm Biç şəhərində keçiriləcək görüşü də nəzərdən keçirilir. Ağ Ev bu məlumatla bağlı rəsmi açıqlama verməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR