Onlayn ictimai-siyasi qəzet
ABŞ administrasiyasından İranla bağlı yeni diplomatik mesaj gəlib.
Musavat.com xəbər verir ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Vaşinqtonun Tehranla danışıqlara açıq ola biləcəyini bildirib.
Uitkoff jurnalistlərə açıqlamasında deyib ki, hər şey İranın mövqeyindən asılıdır: “Görək iranlılar danışıqlar aparmaq istəyəcəklərmi. Əgər istəyəcəklərsə, əminəm ki, prezident buna açıq olacaq”.
Onun sözlərinə görə, əgər Tehran dialoq istəsə, ABŞ rəhbərliyi bu prosesə müsbət yanaşmağa hazırdır. Analitiklər hesab edirlər ki, bu açıqlama Vaşinqtonun İranla gərginlik fonunda diplomatik kanalları tam bağlamadığını göstərir.
Qeyd olunur ki, ABŞ tərəfi bu bəyanatla faktiki olaraq klassik diplomatik mesaj verir – növbəti addımın Tehrandan gəlməsi gözlənilir.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ