İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ bu dövləti tanımaq niyyətində deyil

ABŞ hələlik Somalilandı müstəqil dövlət kimi tanımaq niyyətində deyil.

Musavat.com  xəbər verir ki, bunu Prezident Donald Tramp "New York Post" qəzetinə verdiyi müsahibədə açıqlayıb.

Jurnalistin bu məsələ barədə sualını cavablandıran Tramp "xeyr, bu məsələ araşdırılır" deyib.

Qeyd edək ki, Baş nazir Benyamin Netanyahu 26 dekabrda İsrailin Somaliland Respublikasını müstəqil və suveren dövlət kimi tanıdığını elan edib. Somaliland beynəlxalq səviyyədə Somalinin bir hissəsi kimi tanınır, lakin Somaliland hakimiyyəti 1991-ci ilin yazında birtərəfli şəkildə dövlət suverenliyini elan edib.

İsrailin bu addımının arxasında Qəzzadan fələstin əhalisini bu ölkəyə köçürmək planının dayandığı güman edilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR