Onlayn ictimai-siyasi qəzet
ABŞ Azərbaycanı sadiq müttəfiq adlandırıb-erməni mediası
ABŞ Konqresinin saytında Azərbaycana hərbi yardımı məhdudlaşdıran 907-ci maddənin ləğvini nəzərdə tutan qanun layihəsinin dərc olunması Ermənistan mediasının da ciddi marağına səbəb olub.
Musavat.com-un xəbərinə görə, erməni mediası məlumatı manşetlərdən tirajlayıb.
Məlumatda bildirilir ki, əsasnamədə deyilir:
“Konqres belə hesab edir:
Azərbaycan müstəqillik əldə etdikdən bəri ABŞ və onun müttəfiqlərinin sadiq müttəfiqi olaraq qalır, həm hərbi, həm də sülh dövründə mühüm əməkdaşlığı təmin edir;
Azərbaycan Cənubi Qafqazda sülhün prioritetliyinə aydın sadiqliyini göstərdi. Həmçinin qeyd olumub ki, Azərbaycan Ermənistanla sərhədlər və ərazi bütövlüyü ilə bağlı razılaşmanı nəzərdə tutan anlaşma əldə edib. Məlumatın “ABŞ Azərbaycanı sadiq müttəfiq adlandırıb”, sərlövhəsi ilə dərci də maraq doğurur.
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ