Onlayn ictimai-siyasi qəzet
ABŞ Apellyasiya Məhkəməsi prezident Donald Tramp administrasiyasının Ağ Evdə bal zalının tikintisini dayandırması barədə qərar qəbul edib.
Musavat.com-un məlumatına görə, məhkəmənin qərarında bildirilir ki, “hər bir prezident Ağ Evin sahibi deyil, yalnız müvəqqəti sakinidir”.
Qərarda qeyd olunur ki, prezidentin bu tarixi binə ilə bağlı belə dəyişikliklər etmək üçün Konstitusiya ilə təsbit olunmuş səlahiyyəti yoxdur. Sənəddə həmçinin vurğulanır ki, ABŞ Konqresi Tramp administrasiyasına “konkret bir prezidentin istəklərinə uyğun olaraq Ağ Evin görkəmini əsaslı şəkildə dəyişdirmək, yenidən planlaşdırmaq və rekonstruksiya etmək üçün məhdudiyyətsiz səlahiyyət” verməyib.
Bununla yanaşı, məhkəmə qərarın icrasını iki həftə müddətinə dayandırıb ki, Donald Trampın ABŞ Ali Məhkəməsinə apellyasiya şikayəti vermək imkanı olsun.
Xatırladaq ki, daha əvvəl bal zalının tikintisi məqsədilə Ağ Evin şərq qanadı sökülmüşdü. Bu addım ABŞ ictimaiyyətində geniş rezonans və ciddi narazılıq doğurmuşdu.
Cavanşir Abbaslı
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ