Onlayn ictimai-siyasi qəzet
Ukraynanın Türkiyədən iri həcmdə raket və artilleriya sursatı aldığı bildirilir.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sənədlərində məlumat yer alıb.
Sənədlərə əsasən, tədarük paketinə 70 ədəd M39 ATACMS taktiki ballistik raketi daxil edilib.
Bundan başqa, Ukraynaya 2524 ədəd M26 raketi və 47 min ədəd 203 mm-lik M509A1 kasetli artilleriya mərmisi tədarük olunub.
Məlumata görə, ümumi paket çərçivəsində 12 ədəd M270 reaktiv yaylım atəşi sistemi, 70 ATACMS raketi və on minlərlə müxtəlif sursat Ukraynaya verilib.
ATACMS raketləri uzaq məsafədə yerləşən hərbi hədəflərə zərbə endirmək üçün nəzərdə tutulub və M270 sistemlərindən buraxıla bilir.
Musavat.com
21 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ