İnsanlara hürriyət, millətlərə istiqlal!

7 saatdan az yuxu ölüm riskini artırır - XƏBƏRDARLIQ

Oreqon Sağlamlıq və Elm Universitetinin alimləri yuxu çatışmazlığının insan həyatına təsirini araşdıraraq narahatedici nəticələr əldə ediblər.

Musavat.com xəbər verir ki, tədqiqat göstərib ki, əhalinin daha çox hissəsi yuxusuzluqdan əziyyət çəkən regionlarda orta ömür uzunluğu xeyli aşağı olur.

Bu əlaqə qidalanma, siqaretçəkmə və fiziki aktivlik kimi amillər nəzərə alındıqda belə dəyişmir.

Mütəxəssislərə görə, yuxu çatışmazlığı sağlamlığa təsirinə görə siqaretdən sonra ikinci yerdədir. Bu nəticələr həm varlı, həm də kasıb bölgələr, həm şəhər, həm də kənd əraziləri üçün eynidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR