İnsanlara hürriyət, millətlərə istiqlal!

6 iyundan Visa və Mastercard kartları işləməyəcək - Bu ölkədə

Kuba Mərkəzi Bankı (BCC) ölkədə Visa və Mastercard kartları ilə əməliyyatların dayandırılacağını açıqlayıb. Qərara əsasən, 6 iyun tarixindən etibarən Kuba ərazisində Visa və Mastercard kartları ilə ödəniş etmək mümkün olmayacaq.

Musavat.com xəbər verir ki, Mərkəzi Bankın məlumatına görə, Visa və Mastercard əməliyyatlarını həyata keçirən xarici bank Kubanın maliyyə qurumu Fincimex ilə əməkdaşlığını dayandıracağını bildirib. Bu addımın ABŞ-ın Kubaya qarşı tətbiq etdiyi sanksiyalarla əlaqəli olduğu vurğulanıb.

BCC-nin açıqlamasında qeyd olunur ki, qərar ABŞ Prezidenti Donald Trampın may ayında imzaladığı yeni sanksiya tədbirləri ilə əlaqəlidir. Kuba tərəfi bunu ölkəyə qarşı iqtisadi təzyiq siyasətinin bir hissəsi kimi qiymətləndirib.

Rəsmilər bildiriblər ki, Visa və Mastercard kartlarının fəaliyyətinin dayanmasına baxmayaraq, ölkədə maliyyə əməliyyatları tamamilə dayandırılmayacaq. Nəğd ödənişlərlə yanaşı, yerli Clasica və Tropica kartları, həmçinin Rusiyanın Mir və Çinin UnionPay beynəlxalq ödəniş sistemləri istifadədə qalacaq.

Qərarın xüsusilə Kubaya səfər edən xarici turistlərə təsir göstərəcəyi bildirilir. Visa və Mastercard kartlarından istifadə edən ziyarətçilərə alternativ ödəniş vasitələri və ya kifayət qədər nağd vəsaitlə ölkəyə gəlmək tövsiyə olunur.

Kuba hökuməti hesab edir ki, bu dəyişiklik beynəlxalq ödəniş sistemləri vasitəsilə əldə olunan gəlirlərə mənfi təsir göstərəcək. Bununla belə, ölkə rəsmiləri alternativ ödəniş kanalları üzərində işlərin davam etdiyini bildirirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR