Onlayn ictimai-siyasi qəzet
Uzun müddətdir ekranlardan uzaq qalan Necati Şaşmazın “Yeraltı” serialının aktyor heyətinə qoşulacağı və layihəyə müsbət yanaşdığı iddia edilirdi. Hətta tərəflərin razılığa gəldiyi də deyilirdi.
Musavat.com xəbər verir ki, son məlumatlara əsasən, Şaşmazın serialda “Haydar Ali” obrazının dayısını canlandıracağı barədə yayılan söz-söhbətlərin doğru olmadığı bildirilib.
Qeyd edək ki, “Yeraltı” serialının izləyiciləri arasında Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı da var. O, bir müddət əvvəl “Yeraltı”nın baş rol ifaçısı Uraz Kaygılaroğlu ilə telefonla danışaraq serialın gənclərə verdiyi mesajlardan məmnun qaldığını bildirib. Baxçalı serialın heyətinə “bozqurd” təsvirli tablo hədiyyə etmək istədiyini də deyib.
Musavat.com
05 Iyun 2026
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ