Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Malatya şəhərində yerləşən Gündüzbəy su təchizatı kompleksi özünəməxsus xüsusiyyəti ilə diqqət çəkir.
Musavat.cok "Yeni Şafak"a istinadən xəbər verir ki, məhz bu kompleks vasitəsilə Beydağ dağının ətəyindən çıxan təmiz bulaq suyu şəhər sakinlərinin evlərinə çatdırılır.
Məlumatda bildirilir ki, kompleksdə 1995-ci ildən bəri 31 il ərzində sutkanın 24 saatı, həftənin 7 günü fasiləsiz şəkildə Qurani-Kərim tilavəti səsləndirilir. Bununla da ərazidə xüsusi mənəvi ab-hava yaradıldığı bildirilir.
Təbii baxımdan son dərəcə təmiz və yüksək keyfiyyətli olan bu bulaq suyu heç bir kimyəvi təmizlənməyə ehtiyac duymur. Su şəhərə verilməzdən əvvəl yalnız beynəlxalq standartlara uyğun şəkildə cüzi miqdarda xlorlanır.
Su şəhərə öz təbii təzyiqi hesabına, nasoslardan istifadə edilmədən axıdılır. Bu üsul suyun təbii quruluşunun qorunmasına imkan verir, eyni zamanda elektrik enerjisinə qənaət edilməsini təmin edir.
Musavat.com
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ