İnsanlara hürriyət, millətlərə istiqlal!

13 yaşında raket sənayesinin rəhbəri oldu

Cənubi Koreya hökuməti Şimali Koreya lideri Kim Çen Inın 13 yaşlı qızı Kim Cu-enin ölkənin raket proqramında xüsusi rol oynadığı barədə kəşfiyyat məlumatı alıb.

Musavat.com xəbər verir ki, bu məlumatı Cənubi Koreyanın "The Chosun Daily" qəzeti hökumət mənbələrinə istinadən yayıb.

Məlumatda bildirilir ki, Kim Çen In dəfələrlə qızını nüvə və raket sınaqları ilə bağlı yerlərə aparıb.

Kəşfiyyat rəsmiləri hesab edir ki, bu iş Kim Cu-eyinə dövlətin hərbi sektoru barədə dərin bilik qazandıracaq. Ekspertlər vurğulayırlar ki, rəsmi olaraq general Canq Canq-ha bu vəzifəni icra etsə də, Kim Çen Inın qızı generallardan hesabat alır və əmrlər verir.

Şimali Koreya KİV-ləri qızın varlığını ilk dəfə 2022-ci ilin noyabrında təsdiqləyib. O, atası ilə birlikdə “Hvasong-17” qitələrarası ballistik raketinin buraxılışında iştirak etmişdi.

2024-cü ilin iyul ayında Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti (MKX) parlamentə bildirib ki, Kim Cu-en hökumət təlimi alır və ictimai həyatının təxminən 60%-i atası ilə birgə hərbi və iqtisadi fəaliyyətlərlə bağlıdır. Bir il sonra isə Kim Çen In qızı ilə birlikdə Çinə səfər edib ki, bu da qızını öz varisi kimi göstərməsi kimi şərh olunub.

Cənubi Koreya kəşfiyyatının məlumatına görə, Kim Çen Inın digər uşaqları haqqında rəsmi məlumat yoxdur, lakin onun 2010, 2013 və 2017-ci illərdə anadan olmuş üç övladı var.

İqbal RZAYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

03 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR