Onlayn ictimai-siyasi qəzet
ABŞ-nin Viskonsin ştatında 34 yaşlı müəllimə azyaşlı şagirdi ilə eyni evdə gecələdikdən sonra həbs edilib.
Hadisə müəllimin evində təşkil olunan pijama gecəsindən sonra baş verib. Məlumata görə, 12 yaşlı oğlan müəllimənin evində qalıb.
Qadın uşağı yuxudan oyadaraq ona qarşı cinsi zorakılıq törədib. Məktəbli müqavimət göstərməyə çalışsa da, bu ona kömək etməyib.
Müəllimə hadisəni gizlətməyə və heç nə olmamış kimi davranmağa çalışıb, lakin digər uşaqların baş verənləri gördüyü iddia edilir.
Hadisədən bir neçə ay sonra qadın azyaşlıdan bu vəziyyətə görə üzr istəməsini və baş verənlər barədə heç kimə danışmamasını tələb edib.
İstintaq zamanı qadının başqa bir şagirdə də əxlaqsız mesajlar göndərdiyi üzə çıxıb. Müəllimə saxlanılarkən onun telefonu yoxlanılıb və məlum olub ki, o, daha bir 16 yaşlı yeniyetmə ilə yazışıb və elə həmin gün onunla görüşməyi planlaşdırıb.
Məhkəmənin hökmü ilə qadın 51 il müddətinə azadlıqdan məhrum edilib. (Fox6now)/News24.az
07 Iyun 2026
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ