İnsanlara hürriyət, millətlərə istiqlal!

Topxanadan başlanan yol...

O vaxt da məsələ payızda başlamışdı. Xəbər gəldi ki, ermənilər Topxana meşəsini qırırlar. İnsanlar indiki Azadlıq meydanına axışdı. Və beləcə böyük yolun başlanğıcına start verildi.

O vaxt da bizim Dağlıq Qarabağa yolumuzun üstündə ruslar, daha sonra isə onların Arkadi Volskiləri dayanmışdı – lap indi AndreyVolkov dayanan kimi.

777.jpg (232 KB)

O vaxt da bizim etiraz edən insanları ruslar, nə də “mütərəqqi dünya” görmür və görmək istəmirdi.
Mərkəzi televiziya yüz minlərlə insanın iştirak etdiyi böyük, möhtəşəm mitinqlər haqqında bircə kəlmə belə olsun danışmırdı.

O vaxt da çox soyuq idi. İnsanlar meydanda tonqallar qalayır və onun istisinə qızınırdılar...

İndi o vaxtla bu vaxt arasında bircə ciddi fərq var - indi müstəqil Azərbaycan var və biz prinsipcə, daha nə Rusiyadan, nə də onun televiziya kanallarından hər hansı reaksiya gözləmirik.
Fəqət, bu, ilk baxışda belədir. Reaksiyaya həmişə ehtiyac var. Bir müddət bundan əvvəl, Dağlıq Qarabağ ermənilərinin qazı kəsilərkən az qala, bütün dünya buna reaksiya vermişdi...

Amma indi susurlar. İndi də bizim rəsmilər o vaxt olduğu kimi Kreml ilə ehtiyatla davranır, onun rəhbərlərini narahat etmək istəmirlər.

Halbuki bunun üçün çox ciddi əsaslar var. O vaxt da olduğu kimi bu gün də ruslar, daha doğrusu, Kremlin silahlı dəstələri Dağlıq Qarabağda özbaşnalıq edir, özlərini Azərbaycan torpaqlarında ağa kimi aparırlar.

İki il bundan əvvəl biz yüzlərə şəhid verdik, işğal altında olan rayonlarımızı azad etdik və “Dağlıq Qarabağ münaqişəsi bitdi!” dedik. Amma indi bir ovuc rus əsgəri Dağlıq Qarabağa yolumuzun üstündə dayanın və bizim insanları, dinc ictimaiyyətçiləri, özü də vur-tut, onlarla insanı Dağlıq Qarabağa buraxmırlar! Bu nə deməkdir? O deməkdir ki, biz hələ Dağlıq Qarabağı tamam azad edə bilməmişik. Əgər beş-on QHT fəalı Dağlıq Qarabağa buraxılmırsa, bizim dövlət rəsmilərindən, Dağlıq Qarabağda qanunlarımızı təmin edəcək rəsmilərdən, xüsusən də ərazimizin bu hissəsini qoruyacaq əsgərlərdən söhbət belə gedə bilərmi?

888.jpg (288 KB)

Əlbəttə ki, yox. Bəli, biz öz suverenliyimizi Dağlıq Qarabağa şamil edə bilməmişik və bu illər ərzində əslində rusların on illərlə təklif etdikləri kompromislə razı olmuşuq – Dağlıq Qarabağda rus sülhməramlılarının yerləşdirilməsi müqabilində işğal altında olan rayonlarımızın bir hissəsini azad etmişik, halbuki Kreml bunu hələ 1994-cu ildə, ilk atəşkəs razılaşdırılan zaman təklif etmişdi.

Odur ki, bu soyuq payız günləri bizim üçün bir siqnal olmalıdır. O da budur ki, hər şey təzədən başlaya bilər. Birincisi, bu müddət ərzində, iki il keçsə də rus sülhməramlıları Dağlıq Qarabağdan erməni silahlılarını çıxarmadılar. İkincisi, ötən əsrin səksəninci-doxsanıncı illlərində olduğu kimi Dağlıq Qarabağda təşəbbüsü ələ aldılar və buranı yenə də Bakının üzünə bağlı saxladılar.

Без названия.jpg (13 KB)

Bəli, biz deyirik ki, bir-iki ildən sonra rus sülhməramlılarının buradan çıxarılmasına qərar verəcəyik.
Prinsipcə, bu, mümkündür və prinsipcə, razılaşmalarda nəzərdə tutulduğu kimi, ilk beş il bitəndən sonra rus sülhməramlıları bölgəni tərk edə bilərlər. Amma Dağlıq Qarabağda bizim qoşunlarımız, əsgərlərimiz yoxdur, orada erməni silahlıları var. Sual olunur: rus sülhməramlıları Dağlıq Qarabağı tərk edəndən sonra o, bizim olacaqmı? Cavab sadədir: Dağlıq Qarabağ necə bizimki ola bilər ki, əgər orada bir nəfər belə olsun azərbaycanlı əsgər, hətta azərbaycanlı yoxdur!

Ən qorxulusu budur ki, Moskva hər şeyi təzədən başlada bilər. Bəli, Azərbaycan daha əvvəlki deyil, onun suveren dövləti, ordusu var. Üstəgəl, Türkiyə əvvəlki dövrlərdən fərqli olaraq Azərbaycana daha fəal dəstək verir. Amma erməni tərəfi də yatmır. İran da Ermənistana dəstək verir və bu prosesə Fransa da qoşulub.

Həm də Moskva prosesi Tehranın və Parisin ümidinə buraxıb bölgəni tamamilə tərk etmək niyyətində də deyil. Ona görə də bir an belə sayıqlığımızı itirməməliyik...

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

02 Iyul 2024

29 Iyun 2024

25 Iyun 2024

22 Iyun 2024

17 Iyun 2024

15 Iyun 2024

08 Iyun 2024

04 Iyun 2024

01 Iyun 2024

28 May 2024

25 May 2024

21 May 2024

18 May 2024

14 May 2024

11 May 2024

07 May 2024

04 May 2024

30 Aprel 2024

27 Aprel 2024

23 Aprel 2024

20 Aprel 2024

16 Aprel 2024

13 Aprel 2024

09 Aprel 2024

06 Aprel 2024

02 Aprel 2024

30 Mart 2024

25 Mart 2024

19 Mart 2024

16 Mart 2024