Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Putinin Ukrayna ilə sərhəddə “bufer zona” yaradılması barədə ilk dəfə deyil danışır. Buna beynəlxalq münasibətlərdə daha çox “sanitar , silahsızlaşdırılmış zonalar” da deyirlər. Putinin dediyinin “tərcüməsi” budur ki, Belqorod, Bryansk və Kursk vilayətlərini qorumaq üçün Ukraynanın Xarkov, Sumı və Çerniqov vilayətinin içərlərinə doğru irəliləlimək lazım gələcək.
Kreml kuluarlarında Rusiyanın Ukraynanın dərinliyinə daha 300 kilometr(!) irəiləyərək “sanitar zona” yaratmaq iştəhasından danışırlar. Xəritəyə baxanda görürük ki, Rusiyanın 2022-ci ildə işğal etdiyi əraziləri də sığortalamaq üçün “bufer zona” yaratmaq zorundadır.

Tarixdə belə faktlar var. 1953-cü ildə Şimali və Cənubi Koreya bütün sərhəd boyunca (248 km) hər tərəfdən 2 km eni olan bufer zona yaradılmasına razılaşıblar. BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə 1974-cü ildə isə İsrail və Suriya arasında Colan təpələri yaxınlığında 75 km uzunluğunda “silhsızlaşdırılmış zona” yaradılıb. Elə həmin ilin avqustunda BMT Təhlükəsizlik Şurasının başqa bir qərarı ilə Kipr Respublikası ilə Şimali Kipr Türk Cümhuriyyətini ayıran uzunluğu 180 km, eni 7 km-ə qədər olan bufer zona yaradılıb. 1979-cu ildə martından Misir və İsrail sülh müqaviləsi imzaladılar və bu müqavilə ilə Sinay yarımadası “bufer zona” kimi təsis edilib. 1991-ci ilin aprelində “Səhrada tufan” əməliyyatından sonra BMT Təhlükəsizlik Şurası İraq və Küveyt sərhədində də 200 kilometrlik “bufer zona” qurdu. Yəni Putinin dediyi “bufer zona” görünməmiş bir president deyil. Amma dünyanın narahatlığını başa düşmək də olar, çünki Rusiya sərhədyanı “bufer zona” yaratmaq adı altında yeni işğalçı planlar gerçəkləşdirməyəcəyinə təminat yoxdur.

Erməni işğalı zamanı Ermənistan “Qarabağla Azərbaycan arasında “bufer zona”” yaratmaq kimi xəyalları rəsmiləşdirmək istəyirdi. Bu gün o ərazilərdə nə erməni işğalçıları var, nə xəyali “bufer zona”. Amma o da sirr deyil ki, 44 günlük Vətən müharibəsindən sonra Ermənistanın törətdiyi təxribatlardan sonra sərhəddə təhlükəsiz zona yaradılması da gündəmə gəlib. Son aylar Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Laçın və Kəlbəcər rayonları istiqamətində Azərbaycan ordusunun mövqelərini müxtəlif silahlardan atəşə tutması halları artıb. Doğrudur, Azərbaycanın qətiyyətli cavabından sonra son iki ildə Ermənistanın diversiya qruplarının sərdəddən ərazlərimizə soxulmaq cəhdləri yoxdur. Amma Ermənistan ordusu Azərbaycanla şərti sərhəd boyunca yeni hərbi istehkamlar qurmağa da davam edir. Erməni hərbçilərin müxtəlif növ silah və sursatları əraziyə topladığı, mövqeləri möhkəmləndirdiyi fiksə edilir. İrəvan sülh müqaviləsi üçün son iki şərti yerinə yetirməyi ləngidir. Ermənistanda 2026-da parlament seçkilərində Paşinyanın məğlub olarsa, revanşist qüvvələrin hansı dövlətlərin təxribatçı planlarda yer alacağını proqnozlaşdırmaq çətin deyil. Unutmayaq ki, Ermənistan sülh sazişini gecikdirməsinə paralel olaraq, sürətlə silahlanmağa davam edir. Pisi odur ki, uzaqmənzilli, hətta istifadəsi qadağan olunan silahlar əldə edir, alınan silahlar isə sərhədə yaxın yerlərdə yerləşdirilir.

Ermənistan hər zaman deyir ki, müdafiə üçün silahlar alırıq, lakin son dövrlər aldıqları silahlar müdafiə deyil, əksinə, hücum silahlarıdır. Azərbaycan da bəzi ekspertlər hesab edirlər ki, Ermənistanın bu təxribatlarnın qarşısını almaq üçün “atəş açılan yer ordumuz tərəfindən azad edilməli, Azərbaycan bayrağı dalğalanmalıdır”. Qulağa yaxşı gəlir, amma bu, artıq yeni gərginlik, yeni savaşın fitilini yandırmaq deməkdir.

Ermıənistan və onun arxasındakı qüvvələrin, xüsusilə Fransanın məqsədi gərginlik yaradaraq “erməniləri qorumaq üçün” sərhədə ordu göndərmək niyyəti gerçəkləşə bilər. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Ermənistanın sülh müqaviləsini imzalamağı gecikdirməklə Cənubi Qafqazda savaş riskini artırır. Azərbaycan rəhbərliyi onu da bəyan edib ki, kimsənin torpağında gözü yoxdur. Amma bu o demək deyil ki, xüsusilə də sərhədyanı rayonlarının əhalisini risk altında olmasına gözardı edə bilər. Ona görə Ermənistan ilk növbədə onu təxribata çəkən, yeni savaşa həvəsləndirənlərlə arasına məsafə qoymalıdır, yoxsa bu dəfə də dövlətlə arasına “tampon zona” görər...
Nazim SABİROĞLU,
Musavat.com
24 May 2026
30 Aprel 2026
29 Aprel 2026
26 Aprel 2026
23 Aprel 2026
18 Aprel 2026
13 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
22 Mart 2026
18 Mart 2026
13 Mart 2026
09 Mart 2026
06 Mart 2026
05 Mart 2026
04 Mart 2026
01 Mart 2026
25 Fevral 2026
23 Fevral 2026
20 Fevral 2026
18 Fevral 2026
13 Fevral 2026
06 Fevral 2026
05 Fevral 2026
04 Fevral 2026
01 Fevral 2026
28 Yanvar 2026
24 Yanvar 2026
ŞƏRHLƏRŞƏRH YAZ