Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenskiy axşam müraciətində Hava Qüvvələrində mühüm kadr təyinatını və yeni yanaşmanı açıqlayıb.
Onun sözlərinə görə, Pavel Yelizaryov (Lazar) Ukrayna Silahlı Qüvvələrinin Hava Qüvvələri komandanının yeni müavini təyin olunacaq.
Zelenskiy bildirib ki, Hava Hücumundan Müdafiə sistemində yanaşma dəyişir. Yeni konsepsiya çərçivəsində mobil atəş qruplarının, dron-kəsicilərin və kiçik hava hücumundan müdafiə vasitələrinin tətbiqi genişləndiriləcək. Prezident vurğulayıb ki, müdafiə naziri və hərbi komandanlıqla birlikdə Ukraynanın hava məkanının qorunması üçün tamamilə yeni təşkilati model hazırlanacaq.
Qeyd edək ki, Pavel Yelizaryov hazırda Ukrayna müdafiə qüvvələrinin tərkibində ən effektiv pilotsuz uçuş aparatları bölmələrindən birinə – Milli Qvardiyanın strukturuna daxil olan Lasar’s Group-a rəhbərlik edir. Məlumata görə, bu bölmə genişmiqyaslı müharibə dövründə Rusiya ordusuna məxsus təxminən 13 milyard dollar dəyərində hərbi texnikanı məhv edib.
Musavat.com
19 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ