İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskinin reytinqi enişdə - SƏBƏBLƏR

Ukraynada Prezident Vladimir Zelenskiyə ictimai dəstəyin dinamikası yenidən diqqət mərkəzinə düşüb. Son sosioloji araşdırma göstərir ki, dövlət başçısına etimad əvvəlki aylarla müqayisədə müəyyən qədər zəifləyib. Bununla belə, Zelenski hələ də ölkədə ən yüksək ictimai dəstəyə malik siyasi fiqurlardan biri olaraq qalır.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun (KIIS) iyulun 20-dən avqustun 3-dək keçirdiyi sorğunun nəticələri Ukrayna ictimai rəyində maraqlı tendensiyanı üzə çıxarıb.

Президент Украины Владимир ЗеленскийAraşdırmaya əsasən, hazırda respondentlərin 55 faizi Prezident Volodimir Zelenskiyə etibar etdiyini bildirib. Sorğuda iştirak edənlərin 40 faizi isə dövlət başçısına etimad göstərmədiyini qeyd edib. Beləliklə, etimad və etimadsızlıq arasındakı fərq +15 faiz təşkil edib.
Müqayisə göstərir ki, son aylarda Zelenskiyə dəstək müəyyən qədər azalıb. Aprel ayında keçirilən sorğuda respondentlərin 58 faizi ona etibar etdiyini, 36 faizi isə etibar etmədiyini bildirmişdi. Həmin dövrdə müsbət balans +22 faiz idi. May ayında isə Zelenskinin reytinqi daha yüksək olub. Həmin vaxt ukraynalıların 61 faizi prezidentə güvəndiyini, 34 faizi isə əks mövqedə olduğunu bildirib. Bu da +27 faizlik müsbət balans demək idi.

Zelenskiyə etimadın azalması müharibənin gedişi ilə nə dərəcədə bağlıdır?


Tanınmış jurnalist Səxavət Məmməd hərbi jurnalistika və müharibə barədə |  EDnews TV - Azerbaycan | Facebook

Hərbi ekspert Səxavət Məmmədin fikrincə, Zelenskinin 2019-cu ildən bu günə qədər həyata keçirdiyi hərbi-siyasi xətt və idarəetmə strategiyası müasir Ukrayna tarixinin en mürəkkəb mərhələlərini təşkil edir: “Prezdent seçilərkən irəli sürülən platforma ilə mövcud geopolitik reallıqlar arasındakı uçurum var. Zelenski sülh əldə etmək üçün gəldiyini bəyan edirdi, ukraynalılar isə onu məhz buna görə dəstəkləmişdi. Artıq 5 ildir ki, Ukrayna ağır müharibə içərisindədir. Bununla yanaşı müharibə şəraitində həyata keçirilən daxili kadr siyasəti ölkənin həm xarici, həm də daxili dinamikasını köklü şəkildə dəyişdirib. Zelenski 2019-cu il prezident seçkiləri kampaniyasında əsas diqqəti Donbasdakı hərbi münaqişənin diplomatiya yolu ilə dayandırılmasına və Rusiya ilə birbaşa dialoqun bərpasına yönəltmişdi. 73%-lik rekord səs çoxluğu ilə hakimiyyətə gəldikdən sonra onun administrasiyası "Normand dördlüyü" çərçivəsində (xüsusilə 2019-cu il Paris Sammitində) müəyyən addımlar ataraq qoşunların təmas xəttindən geri çəkilməsini və əsir mübadiləsini təmin etdi. Ancaq diplomatik həll cəhdləri tezliklə çıxılmaz vəziyyətə düşdü. Sülh prosesinin dayanmasının əsas səbəbi Minsk sazişlərinin şərtləri üzrə tərəflərin ziddiyyətli mövqeyi idi: Kiyev konstitusiya suverenliyini zədələyəcək şəkildə Donbasa xüsusi status verməkdən imtina edir, Moskva isə Ukraynanın NATO ilə inteqrasiya xəttini geostrateji təhlükə sayırdı. Nəticədə, 24 fevral 2022-ci ildə başlayan genişmiqyaslı hərbi əməliyyatlar diplomatik imkanların tamamilə tükəndiyini göstərdi. Cəbhədəki vəziyyətlə yanaşı, Zelenski hakimiyyətinin ən çox müzakirə olunan digər tərəfi müharibə gedişində aparılan aqressiv kadr islahatlarıdır. Müharibənin ilk günlərindən etibarən Prezident Ofisi idarəetmə mexanizmlərini mərkəzləşdirmək xətti götürdü. Bu addım operativ qərarların verilməsi baxımından səmərəli sayılsaydı da, Silahlı Qüvvələrin komandanlığı və mülki strukturlar arasında institusional gərginlikləri dərinləşdirdi. Xüsusilə keçmiş Baş komandan Valeri Zalujnının vəzifəsindən kənarlaşdırılaraq diplomatik fəaliyyətə yönəldilməsi, eləcə də ordunun rəhbər heyətində aparılan ardıcıl rotasiyalar Zelenskinin cəbhədə taktiki dəyişikliklər etmək istəyi ilə yanaşı, potensial siyasi rəqiblərin formalaşmasının qarşısını almaq strategiyasıdır. Zelenskinin sülh vədləri ilə başlayan siyasi kursunun müharibə və sərt daxili kadr dəyişiklikləri ilə davam etməsi iki əsas faktorun kəsişməsidir: bir tərəfdən ölkənin suverenliyinə yönəlmiş xarici hərbi təhdid, digər tərəfdən isə böhran dövründə hakimiyyət balansını saxlamaq üçün tətbiq olunan mərkəzləşdirilmiş idarəetmə modeli. Onun reytinin aşağı düşməsinin əsas səbəblərindən biri də cəbhədə istənilən nəticələr əldə edə bilməməsi ilə bağlıdır. Ukraynalıların müharibədən bezdiyinin də açıq şəkildə şahidi oluruq. Hər gün ukraynalı kişilərin orduya məcburi aparılması və səfərbərlik xidməti işçiləri ilə vətəndaşlar arasında qarşıdurmalarla bağlı çoxlu sayda videolar yayılır. Fedrovun müdafiə naziri vəzifəsindən azad edilməsi və keçmiş nazirin verdiyi müsahibələr də Zelenskinin reytinqinə çox ciddi şəkildə təsir göstərib”.
Cavanşir Abbaslı
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Avqust 2026

07 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR