İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ərazidə su olmayacaq - XƏBƏRDARLIQ

Nizami rayonunda yerləşən magistral su kəmərində planlı tikinti-bərpa işləri həyata keçiriləcək.

Bu barədə Musavat.com-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

Bildirilir ki, aparılan təmir işləri ilə əlaqədar sabah - 2 oktyabr tarixində saat 09:00-dan axşam saatlarınadək rayonun bəzi ərazilərinə içməli suyun verilişində müvəqqəti fasilə yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra suyun əvvəlki rejimdə verilməsi bərpa olunacaq.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR