Onlayn ictimai-siyasi qəzet
Riqa Şəhər Məhkəməsi Rezekne şəhər sakini Polina Kamlevanı silahlı münaqişəni maliyyələşdirmək ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edib.
Musavat.com xəbər verir ki, bu barədə “Delfi” nəşri məlumat yayıb.
Kamleva sonradan Rusiya hərbçilərinə verilməsi planlaşdırılan dron zərərsizləşdirici cihazın alınması üçün 43 avro göndərməkdə günahlandırılıb. Latviya Dövlət Təhlükəsizlik Xidməti onu 2025-ci ilin dekabrında saxlayıb. Həmin vaxt P.Kamlevanın “Latviya Rus İttifaqı” partiyasının üzvü olduğu bildirilirdi.
“Delfi”nin təqdim etdiyi istintaq materiallarına əsasən, 2024-cü ilin dekabrında Rusiyanın “Kaskad” hərbi-vətənpərvərlik mərkəzindəki tanışı ilə sosial şəbəkədə yazışarkən, Kamleva Rusiya ordusuna hərbi avadanlıq almaq məqsədilə vəsait toplanmasına kömək etməyə razılıq verib. Həmin şəxs ondan mobil radioelektron mübarizə (REM) kompleksinin alınması üçün pul yığmağı xahiş edib.
İstintaqın məlumatına görə, Latviya banklarından Rusiya banklarına vəsait köçürmək qeyri-mümkün olduğundan, Kamleva Belarusda yaşayan başqa bir tanışı ilə əlaqə saxlayaraq pulu onun əvəzinə köçürməsini istəyib. Nəticədə həmin şəxs öz şəxsi hesabından 157 Belarus rublu (təxminən 43 avro) köçürüb.
Məhkəmədəki son sözündə Kamleva Rusiya ordusunu maliyyələşdirmək niyyətində olmadığını iddia edib. Onun sözlərinə görə, telefonunda tapılan yazışmalardan pulun Rusiya hərbçiləri üçün nəzərdə tutulduğu birmənalı şəkildə aydın deyildi. “Mən səhvə yol vermişəm. Sizdən xahiş edirəm ki, yanlış addımı cinayət niyyətindən fərqləndirəsiniz. Məndə belə bir niyyət olmayıb”, - deyə o qeyd edib.
Məlumat üçün bildirək ki, prokurorluq Kamleva üçün 8 il həbs cəzası tələb etmişdi. Latviyanın Cinayət Məcəlləsinə əsasən, silahlı münaqişənin maliyyələşdirilməsinə görə on ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ