İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskidən dönüş nöqtəsi: Kiyev Moskva ilə birbaşa danışıqlara hazırdır

Ukrayna Rusiya ilə birbaşa danışıqlara hazırdır, lakin bu proses ABŞ və Avropa ölkələrinin iştirakı ilə aparılmalıdır.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski açıqlama verib.

Zelenskinin sözlərinə görə, sülh planının müzakirəsi üçün dördtərəfli texniki qrupun yaradılması mümkündür. Bu mərhələdən sonra isə yalnız Kiyev və Moskva arasında birbaşa danışıqların keçirilməsi istisna edilmir.

“Əgər hər şey planlaşdırıldığı kimi addım-addım irəliləsə, amerikalı və avropalı nümayəndələrlə görüşlərdən sonra ruslarla da görüş baş tutacaq. Biz daha əvvəl müzakirə etdiyimiz uyğun formatlara hazırıq”, – deyə Ukrayna lideri bildirib.

Prezidentin sözlərinə görə, yaxın günlərdə müşavirlərin görüşü keçiriləcək. Ukrayna tərəfini bu danışıqlarda Rüstəm Umerov təmsil edəcək. Zelenski eyni zamanda ABŞ nümayəndə heyətinin danışıqlar üçün Ukraynaya gəlməsini istədiyini vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR