İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Trampın mövqeyini dəyişmək üçün HƏRƏKƏTƏ KEÇDİ - Dünya ÇALXALANIR

Xəbər verildiyi kimi, Ukrayna prezidenti Volodimir Zelenski Donald Trampla danışıqlar aparmaq üçün ABŞ-yə gedəcək. Vaşinqtonda Rusiya-Ukrayna müharibəsinin dayandırılmasını özündə ehtiva edən 20 bəndlik sənədin müzakirəsi davam edəcək. Xüsusilə, Rusiyanın bununla bağlı yeni təklifləri var.

Görünür, yeni təkliflər də müzakirə olunacaq. Əsas proses isə razılaşdırılmış sənədin Vladimir Putin tərəfindən qəbul edilməsinə nail olunmasıdır.

MEHEMMED.jpg (68 KB)

Bu mövzuda öz fikirlərini Musavat.com-la bölüşən politoloq Məhəmməd Əsədullazadə deyib:

"Bu danışıqlar prosesi Ukrayna üçün xüsusi siyasi əhəmiyyət kəsb edir. Çünki ABŞ-nin Ukraynaya dəstəyinin davam etdirilməsi labüddür.

Ötən gün Rusiyanın Kiyevə kütləvi hücumu Vaşinqton danışıqlarında Zelenskinin mövqeyini gücləndirəcək. Putin məhz bununla mesaj verir ki, Rusiya öz mövqeyindən geri çəkilməyəcək. Həmçinin Trampa göstərmək istəyir ki, güclüyəm və müharibəni davam etdirəcəyəm. Amma proseslər Rusiyanın əleyhinə işləyəcək. Bu görüşdə prinsipial razılaşmalar mümkün görünür".

Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR