İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski sərnişin qatarına dron zərbəsini terror aktı adlandırdı - VİDEO

Ukraynada mülki əhaliyə qarşı daha bir ağır hücum baş verib.

Musavat.com xəbər verir ki, Prezident Volodimir Zelenski Rusiyanın pilotsuz uçuş aparatı ilə sərnişin qatarına endirdiyi zərbənin videosunu paylaşıb və hadisəni açıq şəkildə terror aktı adlandırıb.

Zelenski vurğulayıb ki, mülki şəxslərin olduğu vaqonu hədəfə almağın heç bir hərbi əsası yoxdur. “Mülki insanları qatar vaqonunda məhv etmək üçün heç bir hərbi məqsəd ola bilməz. Rusiya etdiklərinə görə cavab verməlidir”, – deyə o bildirib.

Dəqiqləşdirilmiş məlumata əsasən, hücuma məruz qalan vaqonda 18 nəfər, ümumilikdə isə qatarda 200-dən çox sərnişin olub. Son məlumatlara görə, ölənlərin sayı 4 nəfərə çatıb, 2 nəfər yaralanıb, daha 4 nəfərin axtarışları isə xilasetmə qrupları tərəfindən davam etdirilir.

 

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR