Onlayn ictimai-siyasi qəzet
Rusiya Azərbaycan, Ermənistan və Türkmənistan hakimiyyətlərinə minnətdardır. Bu ölkələr İran ərazisindən Rusiya vətəndaşlarının müvafiq quru sərhədləri vasitəsilə maneəsiz çıxışına şərait yaradıblar.
Musavat.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
O qeyd edib ki, “martın 3-də Rusiya səfirliyinin əməkdaşlarının ailə üzvləri olan çoxsaylı qadın və uşaqlar təxliyə edilərək Azərbaycana gətirilib, daha sonra isə Moskvaya yola salınıblar”.
Zaxarova Rusiya vətəndaşlarına hələlik İrana səfər etməməyi, hazırda bu ölkədə olanlara isə mümkün qədər tez ərazini tərk etməyi tövsiyə edib.
Musavat.com
07 Iyun 2026
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ