İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni təhlükəli mərhələ: ərəb ölkələri İrana qarşı səssiz əməliyyatda

İsrailin Israel Hayom nəşrinin yaydığı məlumata görə, dörd ərəb dövləti – onlardan üçü Fars körfəzi ölkəsi olmaqla – İran ərazisində potensial hədəflər barədə kəşfiyyat məlumatlarının toplanmasında iştirak edir.

Musavat.com xəbər verir ki, nəşrin iddiasına əsasən, söhbət İranın hərbi və strateji obyektləri ilə bağlı məlumatların sistemli şəkildə toplanması, emalı və mümkün əməliyyatlar üçün koordinasiyalı formada ötürülməsindən gedir.

Məlumatda bildirilir ki, prosesdə adı çəkilən ərəb ölkələrinin xüsusi xidmət orqanları fəal rol oynayır və bu əməkdaşlıq son aylarda daha intensiv xarakter alıb. Kəşfiyyat fəaliyyətinin əsas məqsədi İran ərazisindəki kritik infrastrukturlar və strateji hədəflər barədə dəqiq məlumat bazasının formalaşdırılmasıdır.

Israel Hayom yazır ki, ərəb ölkələrinin bu prosesə cəlb olunması regionda İran ətrafında formalaşan təhlükəsizlik arxitekturasında yeni və daha riskli mərhələnin başlandığını göstərir. Xüsusilə Fars körfəzi ölkələrinin iştirakı Tehrana qarşı regional səviyyədə səssiz, lakin koordinasiyalı bir xəttin yarandığı kimi qiymətləndirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

03 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR