Onlayn ictimai-siyasi qəzet
Xalq artisti Emin Ağalarov mərhum nənəsi Əminə Nuriyeva ilə bağlı paylaşım edib.
Musavat.com xəbər verir ki, sənətçi nənəsinin vəfatından 11 il keçdiyini qeyd edib.
Emin Ağalarov arxiv görüntülərini izləyiciləri ilə bölüşərək bildirib ki, nənəsi 6 yanvar 2015-ci ildə, 100 yaşına çatmasına az qalmış dünyasını dəyişib:
"Mənim nənəm Amina 6 yanvar 2015-ci ildə, yüz yaşına çatmasına cəmi bir az qalmış dünyasını dəyişdi. İşıqlı, müdrik, güclü daxili dayağı olan və möhtəşəm yumor hissinə sahib bir insan idi. Onun xatirəsini çox əziz tutur və qoruyuram".
Könül
Musavat.com
08 Iyun 2026
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ