İnsanlara hürriyət, millətlərə istiqlal!

Vüsalədən Yeni il ab-havalı FOTOsessiya

Aparıcı Vüsalə Əlizadə yeni fotosessiya etdirib.

Musavat.com xəbər verir ki, tanınmış aparıcı Yeni il ab-havasını əks etdirən xüsusi çəkiliş üçün qara libasda kamera qarşısına keçib.

Zərif və eleqant üslubu ilə diqqət çəkən Vüsalə obyektivlərə fərqli pozlar verərək bayram ovqatını izləyicilərinə çatdırıb.

Fotosessiyadan görüntüləri sosial şəbəkə hesabında paylaşan aparıcı izləyicilərinə xoş arzularını da çatdırıb. O, paylaşımında bildirib:

“Yeni ilimizə sayılı günlər qalıb. Qırmızı at ili hər birimizə sağlamlıq, sevgi, ruzi-bərəkət və hüzur gətirsin, inşallah. Bu gün bu çəkilişlə sizə bir az da olsa bayram əhval-ruhiyyəsi bəxş etmək istədim”.

Vüsalə Əlizadənin paylaşımı qısa zamanda sosial mediada maraqla qarşılanıb və izləyicilərdən çoxsaylı bəyənmə və xoş rəylər alıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR