İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaşinqtondan sürpriz qərar: Hindistana Rusiya nefti üçün icazə

ABŞ hakimiyyəti Hindistanın iri enerji şirkəti "Reliance Industries"nə Rusiya dövlət neft nəhəngi "Rosneft"dən neft almağa bir ay müddətinə icazə verib.

Musavat.com xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məlumata görə, söhbət əvvəllər bağlanmış müqavilələrdən gedir. "Reliance" bu sövdələşmələri ABŞ sanksiya rejiminə uyğun şəkildə mərhələli olaraq dayandırır. Verilən icazə isə şirkətə mövcud öhdəlikləri qısa müddətdə başa çatdırmaq imkanı yaradır.

Agentlik qeyd edir ki, 2025-ci ilin dekabr ayında Hindistanın Rusiyadan neft idxalı noyabr ayı ilə müqayisədə azalıb. Bu azalma Qərbin tətbiq etdiyi sanksiyalar fonunda enerji tədarük zəncirlərində ehtiyatlı davranışın artması ilə əlaqələndirilir.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR