İnsanlara hürriyət, millətlərə istiqlal!

Varlı məşhurlara “köhnə tarixlə” zorlama ittihamı - Bu dəfə Peters...

ABŞ-də jurnalistlər yetkinlik yaşına çatmayan qızı zoramaqda ittiham olunan amerikalı bloqçu və Looksmaxxing trendinin yaradıcısı Braden Petersin işində yeni detallar aşkar ediblər.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Massaçusets məhkəməsində sosial mediada dünyanın ən yaraşıqlı kişisi adlandırılan 20 yaşlı influenserə qarşı iddianı 18 yaşlı bloqçu Alora Ziva (əsl adı Aleksandra Vasilevna Mendoza) qaldırıb. Gənc qadın bildirib ki, travmatik hadisə iki il öncə, o,16 yaşında olarkən baş verib.

Ziva bildirib ki, bir il internetdə ünsiyyət qurduqdan sonra Peterslə Twitch-də birlikdə canlı yayım etmək üçün onun evində görüşməyə qərar veriblər. Qadının sözlərinə görə, Peters ona birgə yayımlarının bloqunun tanıtımına və böyük izləyici kütləsi qazanmasına kömək edəcəyinə söz verib. Lakin canlı yayım zamanı influenser ona araq içirdib, sonra otağa aparıb və cinsi təcavüz edib. Daha sonra o, ikinci yayımı işə salıb və ona yağ əritmək üçün metamfetaminlə qarışdırılmış preparat vurub.

Zərərçəkmiş hadisəni bildirməkdən qorxduğunu etiraf edib və buna görə də bir müddət sonra polisə müraciət edib.

Əvvəllər Massaçusets prokurorlarının Petersi təcavüz, cinsi istismar üçün narkotik qəbul etmək və yetkinlik yaşına çatmayan şəxsə spirtli içki almaqda ittiham etdiyi bildirilirdi. Məhkəmə iclası oktyabrın 14-nə təyin edilib.

Onu da qeyd edək ki, sonradan məşhurlaşmış və varlanmış adamlara qarşı bu cür ittihamlar irəli sürülməsi ilk dəfə deyil. Bəzən 10, hətta 20 ildən sonra müəyyən zərərçəkənlər tapılır ki, vaxtilə məruz qaldıqları zorakılığa görə məhkəməyə üz tutur, böyük məbləğdə təzminat tələb edirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR