Onlayn ictimai-siyasi qəzet
Rusiya Ukraynanın “Flaminqo” qanadlı raketlərinin demək olar ki, hamısını ələ keçirməyə başlayıb.
Musavat.com xəbər verir ki, bu barədə Almaniyanın “Focus” nəşri yazıb.
Nəşrin məlumatına görə, son həftələrdə buraxılan 11 FP-5 raketindən cəmi bir və ya ikisi hədəfinə çatıb. Onların 24-25 iyul tarixlərində Rusiyanın Kirov vilayətində yerləşən “Avitek” raket zavodunu vurduğu bildirilir.
“Focus”un yazdığına görə, “Flaminqo” raketlərinin qarşısının alınmasında Rusiyanın A-50U erkən xəbərdarlıq və radiolokasiya təyyarələri mühüm rol oynayır. Bu təyyarələr raketlərin ehtimal olunan uçuş marşrutlarını əvvəlcədən müəyyənləşdirə bilir.
Fransanın “L’Indépendant” qəzetinə istinad edən nəşr bildirir ki, bunun nəticəsində Ukraynanın Rusiyanın mühüm sənaye müəssisələrinə zərbələri əhəmiyyətli dərəcədə zəifləyib.
“İyul ayından A-50U təyyarələrinin istifadəsi vəziyyəti dəyişib. Bu təyyarələr Rusiya ərazisinin yüksəkliyində dövrə vurur və hədəfləri yerüstü radarlarla müqayisədə daha erkən aşkarlayır”, – deyə məlumatda qeyd olunur.
Bununla belə, “Focus” Rusiyanın Ukrayna raketlərini izləmək üçün məhdud imkanlara malik olduğunu vurğulayır. Məlumata görə, Ukrayna artıq iki A-50U təyyarəsini məhv edib, ən azı daha iki təyyarəyə zərər vurub.
Beləliklə, hazırda Rusiyanın sərəncamında ən çoxu beş A-50U təyyarəsinin qala biləcəyi bildirilir. Nəşrin yazdığına görə, Moskva hazırda bu təyyarələrin tamhəcmli əvəzləyicilərini istehsal etməkdə çətinlik çəkir. Yeganə istehsal müəssisəsi məhdud imkanlarla fəaliyyət göstərir, yeni nəslin prototipi isə məhv edilib.
Musavat.com
21 Avqust 2026
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ