İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynadan inanılmaz həmlə, kənd geri alındı, 30 hərbçi əsir götürüldü – Video

Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətində keçirdiyi əməliyyat nəticəsində Andreyevka-Klevtsovo kəndi üzərində nəzarəti bərpa edib. Döyüşlər zamanı Rusiya qüvvələrinin mövqelərinə zərbələr endirilib, 30 rusiyalı hərbçi əsir götürülüb.

Musavat.com xəbər verir ki, Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin yaydığı məlumata əsasən, əməliyyat Aleksandrovka istiqamətində həyata keçirilib. Döyüşlərdə Xüsusi Əməliyyat Qüvvələrinin 3-cü alayının hərbçiləri iştirak ediblər.

Yayılan video görüntülərdə Ukrayna döyüşçülərinin yaşayış məntəqəsi istiqamətində mərhələli şəkildə irəliləməsi, Rusiya qüvvələrinin mövqelərinin aşkar edilərək atəşə tutulması və ayrı-ayrı müqavimət nöqtələrinin sıradan çıxarılması əks olunur. 

Ukrayna tərəfinin məlumatına görə, Rusiya qüvvələri bir müddət ərzində kiçik piyada qrupları ilə Andreyevka-Klevtsovoya sızaraq kənd daxilində möhkəmlənməyə çalışıblar. Bundan sonra Ukrayna xüsusi təyinatlıları yaşayış məntəqəsinin geri alınması üçün əməliyyata başlayıblar.

Əməliyyat zamanı müqavimət göstərən Rusiya hərbçilərinin bir hissəsinin məhv edildiyi, 30 hərbçinin isə əsir götürüldüyü bildirilir. Döyüşlərin yekununda kənd üzərində Ukrayna nəzarətinin bərpa edildiyi açıqlanıb.

Andreyevka-Klevtsovo Donetsk vilayətinin Volnovaxa rayonunda, Dnepropetrovsk vilayətinin inzibati sərhədinə yaxın ərazidə yerləşir. Yaşayış məntəqəsi əvvəllər İskra adı ilə tanınıb. Cəbhənin bu hissəsi son dövrdə Rusiya və Ukrayna qüvvələrinin intensiv qarşıdurma apardığı istiqamətlərdən biridir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR