İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Qərb silahlarından imtina etdi - ŞOK SƏBƏB

Ukrayna Silahlı Qüvvələri Qərbin dəqiq silahlarının bəzi növlərini döyüş meydanında istifadə etməyi dayandırıb, çünki onlar effektivliyini itiriblər.

Musavat.com xəbər verir ki, bu barədə “The New York Times” (NYT) məlumat yayıb.

Məlumata əsasən, Rusiya ordusu öz müdafiəsini yeni silah növlərinə “uyğunlaşdırıb” və elektron müharibə (EW) silahlarından istifadə edərək onların dəqiqliyini azaltmağı öyrənib. Nümunələr arasında 155 mm “Excalibur” idarəolunan artilleriya mərmiləri, eləcə də kiçik diametrli yer bombası (GLSDB) var. Bundan əvvəl Ukrayna hərbçiləri “JDAM” dəqiq idarə olunan sursatları və HIMARS mərmiləri ilə bağlı problemlərdən də şikayət ediblər.

Ukrayna Silahlı Qüvvələrinin artilleriya ekipajlarının iki komandiri NYT ilə söhbətində bu mərmilərdən istifadəni dayandırmağa məcbur olduqlarını təsdiqləyiblər.

Pentaqondakı NYT mənbəsi Birləşmiş Ştatların Rusiyanın elektron müharibə sahəsində artan imkanlarından “tam şəkildə xəbərdar” olduğunu söyləyib. Onun sözlərinə görə, ABŞ hərbi departamenti Kiyevlə sıx əməkdaşlıq edir və Ukraynanın çox çətin şəraitdə ayaqda qalmasına kömək edir.

Londondakı Krallıq Birləşmiş Xidmətlər İnstitutunun (RUSI) kiçik elmi işçisi Tomas Vitinqtonun sözlərinə görə, Rusiyanın elektron müharibə sistemləri dəqiq silahların istiqamətləndirici proqram təminatına nəzarət edən GPS siqnallarını dayandırmağı da öyrəniblər.

Bu xəbəri Ukrayna Hərbi Hava Qüvvələrinin keçmiş spikeri Yuri İqnat da təsdiqləyib. Onun məlumatına görə, Rusiyanın elektron müharibə sistemləri hazırda Ukrayna siqnallarını “boğmağa” və onların tezliklərində yayıma qadirdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR