İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda Kanada səfirliyi yenə iş başında

Ermənistanda bədnam “Ayakve” təşəbbüsünün nümayəndələri Kanada səfirliyində görüş keçiriblər.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, revanşist “Ayakve” vətəndaş təşəbbüsünün nümayəndələri Kanadanın Ermənistandakı səfirliyinin birinci katibi Endryu Uebbi qəbul ediblər.

Bu barədə “Ayakve”nin həmtəsisçisi Avetik Çalabyan öz feysbuk səhifəsində yazıb.

“Görüşdə Ermənistanda baş verən son daxili siyasi hadisələr, xüsusən demokratiya və insan hüquqlarının müdafiəsi məsələləri müzakirə olunub”, - deyə Çalabyan bildirib.

Xatırladaq ki, Ermənistanda hazırda revanşist hərəkata rəhbərlik edən keşiş Baqrat Qalstanyan da Kanada vətəndaşıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR