İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyada ilk: Hidrogenlə işləyən elektrik stansiyası yaradıldı

Finlandiyanın Wartsila texnoloji konserni dünyada 100 faiz hidrogenlə işləyən ilk elektrik stansiyasını təqdim edib.

Musavat.com şirkətin açıqlamasına istinadən xəbər verir ki, hidrogen mühərrik platforması mövcud Wartsila hərəkət sisteminə əsaslanır və tələb olunan sertifikatların bir hissəsini əldə edib.

Hidrogendən istifadəyə 100 faiz hazır olan mühərrikin 2025-ci ildə sifarişlərə, 2026-cı ildən isə tədarüklərə hazır olacağı gözlənilir.

Wartsila prezidenti Anders Lindberq bildirib ki, bu, bir şirkət olaraq onlar üçün və bütövlükdə enerji keçidi üçün mühüm mərhələdir: “Çünki hidrogenə hazır mühərriklərimiz sabahın 100 faiz bərpa olunan enerji sistemlərini işə salacaq".

Şirkətin saytında qeyd edilir ki, Wartsila dəniz və enerji bazarları üçün innovativ texnologiyalar və həyat dövrü həlləri üzrə qlobal liderdir. Şirkətdə 79 ölkədə 280-dən çox ofisdə 17 800 mütəxəssis çalışır. 2023-cü ildə Wartsila-nın xalis satışları 6 milyard avro olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR