İnsanlara hürriyət, millətlərə istiqlal!

Brüssel Rusiyaya qarşı 14-cü sanksiya paketini razılaşdırmağa çalışır: iyunun 27-dək...

Avropa İttifaqı ölkələri iyunun 27-də keçiriləcək Aİ sammitinə qədər Rusiyaya qarşı yeni, 14-cü sanksiyalar paketini razılaşdırmaq niyyətindədir.

Musavat.com xəbər verir ki, bu barədə EUobserver portalı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Avropa dövlətləri iyulun 1-dən Macarıstan Aİ-yə sədrlik edənə qədər məhdudiyyətlərlə bağlı razılığa gəlmək istəyirlər. Portalın məlumatına görə, sanksiyalara Rusiya qazının nəqlinə məhdudiyyətlər də daxil ola bilər. Avropa sanksiyalarına məruz qalacaq şəxslərin siyahısının genişlənəcəyi gözlənilir.

Bundan əlavə, Rusiyada bizneslə məşğul olan Avropa törəmə şirkətlərinin fəaliyyətinə daha sərt məhdudiyyətlər tətbiq ediləcək. Lakin şirkətləri Rusiyaya aktiv şəkildə sərmayə qoymağa davam edən Almaniya bu təklifi dəstəkləmir.

Bundan əvvəl Avropa Birliyinin sanksiyalar üzrə xüsusi nümayəndəsi David O'Sullivan etiraf etmişdi ki, Rusiyaya qarşı 14-cü məhdudiyyətlər paketi iyunun ortalarına qədər qəbul ediləcək. Onun sözlərinə görə, bu paket çərçivəsində “həm enerji, həm də dənizçilik sektorunda” tədbirlər müzakirə olunur.

Açıqlanan məlumatlardan aydın olur ki, 14-cü sanksiyalar paketi Rusiyaya qarşı tətbiq edilən əvvəlki məhdudiyyətlərdən yan keçməyə yönəldiləcək. İsveçin xarici işlər naziri Tobias Billström də Aİ ölkələrinin mayeləşdirilmiş təbii qazın tədarükünə qadağa qoymağı planlaşdırdığını bildirib. Latviyanın baş naziri Evika Silina bildirib ki, Riqa Avropa İttifaqından müdafiə sənayesində istifadə olunan xammalın, o cümlədən manqan filizi və alüminium oksidinin 14-cü paket çərçivəsində Rusiyaya tədarükünü qadağan etməyi xahiş edəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR