İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Ordusu 5 kəndi azad edib

Ukrayna ordusu Dnepropetrovsk bölgəsindəki beş kəndi işğaldan azad edib.

Musavat.com RBC-Ukraina-ya istinadən xəbər verir ki, 100 gün  çəkən əməliyyatın əsas hissəsi payızda baş tutub.

225-ci Ayrı-ayrı Hücum Alayının Telegram-da yaydığı məlumata görə, yaşayış məntəqələrinin azad edilməsi əməliyyatı 2025-ci ilin payızında 20-ci Ordu Korpusunun döyüşçülərinin dəstəyi ilə 100 gündən çox davam edib.

Bildirilir ki, söhbət Orestopol, Sosnovka, Xoroşe, Vorone və Novoselivka kəndlərindən gedir.

225-ci Hücum Alayının 3-cü Hücum Batalyonunun əsgərləri bütün bu müddət ərzində mövqelərində qalıb və əks-hücumlar həyata keçiriblər. Bu, bölmənin mövqelərini saxlaması və 100 gündən çox irəliləməsi ilə bağlı unikal bir haldır.

Əməliyyatda iştirak edən bütün müdafiəçilər dövlət mükafatlarına namizəd göstəriliblər.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR