Onlayn ictimai-siyasi qəzet
Bu gecə pilotsuz uçuş aparatları Rusiyanın Krasnodar diyarının Temryuk şəhərində yerləşən dəniz limanına hücum edib.
Musavat.com xəbər verir ki, yerli operativ qərargahın məlumatına görə, zərbələr nəticəsində obyekt ərazisində neft məhsulları saxlanılan iki rezervuar yanıb. Qeyd olunur ki, Temryuk dəniz limanı son bir ay ərzində ən azı ikinci dəfə dronların hücumuna məruz qalır.
Məlumata əsasən, partlayış səsləri Adıgeydəki Hansk aerodromu ətrafında da eşidilib. Eyni zamanda Moskvada hava hücumundan müdafiə sistemlərinin işə düşdüyü bildirilir.
Rusiya Müdafiə Nazirliyində isə iddia edilib ki, ölkə regionları və Krım üzərində 140-dan çox pilotsuz aparat məhv edilib.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ