İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə tarixi qərara doğru: PKK dağılsa, bu qədər məhkum...

Türkiyədə terror təşkilatı PKK ilə bağlı cinayət işləri üzrə məhkum olunmuş şəxslərin hüquqi statusunun yenidən qiymətləndirilməsini nəzərdə tutan keçid qanunu hazırlanır.

Musavat.com xəbər verir ki, layihəyə əsasən təxminən 4200 nəfərin işinə yenidən baxılması mümkündür.

Söhbət əsasən təşkilata üzvlük, təbliğat və yardım maddələri üzrə məhkum edilən şəxslərdən gedir. Qanun PKK-nın silahı yerə qoyması və rəsmi şəkildə fəaliyyətini dayandırmasının təsdiqindən sonra qüvvəyə minəcək.

Sənəd təşkilatın tərksilahı və buraxılması üçün hüquqi baza rolunu oynayacaq. Bununla yanaşı, PKK lideri Abdullah Öcalan üçün mübahisəli sayılan “ümid hüququ” məsələsi layihəyə daxil edilməyib və ən çətin müzakirə mövzularından biri olaraq qalır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyun 2026

11 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR