Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Kocaeli vilayətinin Gölcük rayonunda baş verən qanlı hadisədə 33 yaşlı E.K. mübahisə zamanı əmisi, 56 yaşlı İbrahim K.-nı balta ilə öldürüb.
Musavat.com xəbər verir ki, hadisə Gölcük rayonunun Kavaklı məhəlləsində yerləşən yaşıl ərazidə baş verib.
İddialara əsasən, E.K. ilə əmisi arasında naməlum səbəbdən başlayan mübahisə qısa zamanda davaya çevrilib. Bu zaman E.K. əlindəki balta ilə əmisinə hücum edib. Ağır xəsarətlər alan İbrahim K. hadisə yerində həyatını itirib. Hadisə zamanı şübhəli E.K. də yaralanıb.
Əraziyə polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Polis əməkdaşları E.K.-ni hadisə yerində cinayətdə istifadə olunduğu ehtimal edilən pala ilə birlikdə saxlayıblar.
Yaralı şübhəli ilkin tibbi yardım göstərildikdən sonra polis nəzarəti altında xəstəxanaya aparılıb.
Məlumata görə, E.K.-nin psixoloji problemlərinin olduğu iddia edilir. Hadisə anı isə ərazidə olan şəxslərdən birinin mobil telefonunun kamerası tərəfindən qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
Musavat.com
12 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ