İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə uduzdu, Arda Gülərə görə OD PÜSKÜRDÜ: Dərhal getməlidir! - ŞOK ÇIXIŞ

UEFA Millətlər Liqasının A Liqasının 1-ci qrupunda Belçikaya 3:0 hesabı ilə uduzan Türkiyə millisi üçüncü oyununda da xal qazana bilməyib. Belçika isə xallarının sayını 6-ya çatdırıb.

Musavat.com xəbər verir ki, qarşılaşmadan sonra “Kontraspor” proqramında çıxış edən Türkiyə millisinin sabiq futbolçusu Nihat Kahveci baş məşqçi Vinçentso Montellanı sərt şəkildə tənqid edib.

Kahveci bildirib:

“Montellanın bu komandadan getməsi üçün daha bir səbəb deyirəm. Oyunun 76-cı dəqiqəsidir, Lukaku qol vurur, hesab 3:0 olur. Türk xalqı Arda Gülərin göstərdiyi səylərin qarşılığını ala bilmədiyi üçün kədərlənir. Bu gün Arda həm birinci, həm də ikinci hissədə meydanın hər yerində idi. Yorulub. Hesab 3:0-dır. Heç olmasa İtaliya ilə oyundan əvvəl Ardanın istirahəti üçün şərait yarat ki, sarı vərəqə alıb cəzalı vəziyyətə düşməsin. Bunu da görə bilmirsən? Hesab 3:0 olanda Ardanı oyundan çıxart. Uşaq 9 gün ərzində üçüncü oyununu keçirir, meydanda demək olar ki, təkbaşına hər yerdə mübarizə aparır. Bunu belə edə bilməyən bir baş məşqçi var meydanın kənarında. Dərhal getməlidir. Bəlkə İtaliyada çamadanını tam yığar, yaxın olduğu üçün orada qoyub gedər.

Heyif! Hər oyunda qol buraxdıq. Bu qədər də olmaz. Avstraliyadan 2, Paraqvaydan 1, ABŞ-dən 2, Fransadan 1, İtaliyadan 4, Belçikadan isə 3 qol buraxdıq. Beş qol da ola bilərdi. Bu qədər də olmaz.

A Liqasına yüksəlməməli idik? Zirvədə olmaq çətindir. Bu şərtlərə uyğunlaşmalısan, ayaqların yerə möhkəm basmalıdır. Havaya girməməlisən. Biz Kosovodan sonra dünya çempionatına vəsiqə qazandıq deyə havaya girmişik. Bizdə bəzilərinin havası heç vaxt sönmür. Çünki güzgüyə baxmırlar”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR