Onlayn ictimai-siyasi qəzet
Türkiyə Hərbi Hava Qüvvələrinin pilotları "Eurofighter Typhoon" qırıcı təyyarələrini idarə etməyi öyrənmək üçün Böyük Britaniyaya səfər edəcəklər.
Təlim, qırıcı təyyarələrin satınalma layihəsi çərçivəsində keçiriləcək ilk mərhələnin bir hissəsidir.
Musavat.com xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin sözçüsü, kontr-admiral Zeki Aktürk həftəlik mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, Türkiyə rəsmi heyəti ilkin təlim üçün 24-27 fevral tarixlərində Böyük Britaniyadakı Koninqsbi Hərbi Hava Qüvvələri Bazasına baş çəkəcək.
Kontr-admiral Aktürk həmçinin bildirib ki, Ankara Suriya hökuməti ilə Suriya Demokratik Qüvvələri (SDQ) arasında inteqrasiya prosesinin sürətləndirilməsini dəstəkləyir.
Nazirliyin sözçüsü qeyd edib ki, “Suriyanın unitar strukturunu və “bir dövlət, bir ordu” prinsipini gücləndirən inteqrasiyadan başqa yol yoxdur”.
O, Yunanıstanın Krit adası cənubundakı karbohidrogen yataqlarının işlənməsi üzrə beynəlxalq şirkətlərlə birtərəfli fəaliyyəti Türkiyənin dəniz yurisdiksiyasına birbaşa təsir etmədiyini, lakin Afinanın bu addımlarını beynəlxalq hüququn pozulması kimi qiymətləndirdiyini bildirib.
“Biz ölkəmizlə Liviya arasında 2019-cu ildə imzalanmış memorandumla müəyyən edilmiş dəniz yurisdiksiyası zonalarına müdaxilələrə, eləcə də Liviyanın 27 may 2025-ci ildə BMT-yə bildirdiyi dəniz zonalarının pozulmasına qarşıyıq. Yunanıstanın bu birtərəfli və qanunsuz addımlarına qarşı tədbir görmək üçün Liviya hakimiyyətinə dəstəyimizi davam etdirəcəyik”, - deyə Zeki Aktürk vurğulayıb.
Nümayəndə Somalidəki son hadisələrə də toxunaraq bildirib ki, Ankara ölkədəki mövcudluğunu və hərbi imkanlarını qoruyub saxlayır.
Musavat.com
08 Iyun 2026
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ