İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın sərt bəyanatından bir neçə saat sonra ŞOK ADDIM: Vaşinqton hərəkətə keçdi

ABŞ prezidenti Donald Trampın İranla bağlı sərt açıqlamalarından bir neçə saat sonra Vaşinqton administrasiyası Cenevrəyə mümkün səfər və diplomatik görüşlər üçün hazırlıqlara başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.

Məlumata əsasən, ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Cenevrəyə ehtimal olunan səfəri üçün lazım olan avadanlıqları daşımaq məqsədilə Avropaya ABŞ Hərbi Hava Qüvvələrinə məxsus dörd C-17 nəqliyyat təyyarəsi göndərilib.

Nəşr bildirir ki, bu addım ABŞ və İran arasında mümkün razılaşmanın imzalanması üçün hazırlıq mərhələsi kimi qiymətləndirilir və sənədin yaxın günlərdə rəsmiləşdirilə biləcəyi ehtimal olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR