Onlayn ictimai-siyasi qəzet
ABŞ İrana qarşı hərbi əməliyyatın ən azı 100 gün davam edəcəyini nəzərə alaraq hazırlıqlara başlayıb.
Musavat.com xəbər verir ki, bu barədə "Politico" nəşri ABŞ Müdafiə Nazirliyinin daxili sənədinə istinadən məlumat yayıb.
Sənədə görə, ABŞ Ordusunun Mərkəzi Komandanlığı (CENTCOM) Pentaqondan hərbi kəşfiyyatçıları nazirliyin qərargahına göndərməyi xahiş edib.
Məqsəd “İrana qarşı əməliyyatların ən azı 100 gün, ehtimal ki, sentyabr ayının sonunadək dəstəklənməsi”dir.
Qəzetin məlumatına görə, əlavə mütəxəssislərin cəlb edilməsi ABŞ administrasiyasının münaqişənin "nəticələrinə tam hazır olmadığını" göstərir.
İqbal RZAYEV,
Musavat.com
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ