İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın çıxışı dəhşət yaratdı: İslandiya qorxusundan Avropa ilə...

İslandiya Avropa İttifaqına üzvlük prosesini sürətləndirməyi müzakirə edir.

Musavat.com xəbər verir ki, bu barədə Politico nəşri məlumat yayıb. Bildirilir ki, rəsmi Reykyavikdə 2027-ci ilə planlaşdırılan referendumun bu ilin avqust ayına keçirilməsi variantı gündəmdədir.

Məlumatlara görə, bu qərarın arxasında artan geosiyasi narahatlıqlar dayanır. ABŞ Prezidenti Donald Tramp Davos çıxışında Qrenlandiya ilə bağlı səsləndirdiyi fikirlərlə yanaşı İslandiyanın adını da çəkməsi ada ölkəsində ciddi müzakirələrə səbəb olub. Kiçik əhali və strateji mövqeyə malik olan İslandiya Şimali Atlantikdə mümkün risklər fonunda təhlükəsizlik zəmanətlərini gücləndirməyə çalışır.

Hazırda ölkə həm Şengen zonasının, həm də Avropa İqtisadi Məkanının üzvüdür. Bu isə o deməkdir ki, İslandiya hüquqi və iqtisadi baxımdan Avropa strukturlarına artıq inteqrasiya olunub və tam üzvlük üçün texniki baxımdan bir çox namizəddən daha hazır vəziyyətdədir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR