İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan tarixi bəyanat: İranın hərbi gücü və nüvə planı eyni vaxtda vurulur

ABŞ prezidenti Donald Tramp İranla bağlı sərt açıqlamalarla çıxış edib.

Musavat.com xəbər verir ki, Tramp Vaşinqtonun həm İranın nüvə proqramına, həm də hərbi-dəniz qüvvələrinə qarşı paralel şəkildə zərbələr endirdiyini bildirib.

Onun sözlərinə görə, ABŞ qüvvələri İranın nüvə obyektlərini məhv etməyə davam edir və Tehranın bu proqramı başqa məkanlarda yenidən qurmasına imkan verməyəcək. Prezident vurğulayıb ki, əməliyyatlar lazım olduğu qədər davam edəcək və ilkin hesablamalarda 4-5 həftə nəzərdə tutulsa da, müddətin uzadılması ehtimalı var.

Tramp həmçinin İran donanmasına qarşı zərbələrdən danışaraq artıq 10 hərbi gəminin batırıldığını iddia edib. O bildirib ki, Vaşinqton “dünyanın terrorun əsas sponsoru” adlandırdığı İranın heç vaxt nüvə silahı əldə etməsinə imkan verməyəcək.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR