İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampa qarşı şok məhkəmə iddiası: Prezidentin bəyanatları pulla satılır?

ABŞ Prezidenti Donald Tramp və Ağ Evin bir sıra rəsmiləri "Truth Social" sosial şəbəkəsindəki ödənişli xidmətə görə məhkəməyə verilib.

Musavat.com xəbər verir ki, "Reuters" agentliyinin məlumatına görə, "The Intercept" nəşri və "Freedom of the Press Foundation" fondu "Truth API" xidməti ilə bağlı məhkəmə iddiası qaldırıb. Həmin xidmət pullu müştərilərə təsirli istifadəçilərin, o cümlədən prezidentin paylaşımlarına digərlərindən daha tez baxmaq imkanı yaradır.

İddiaçılar ödənişli xidmət fəaliyyət göstərdiyi müddətdə Ağ Evin rəsmi bəyanatları yalnız "Truth Social" vasitəsilə dərc etməsinə qadağa qoyulmasını tələb edirlər.

Bu sxemi "dərin korrupsiyalaşmış" adlandıran tərəflər Trampın prezident məlumatlarına imtiyazlı çıxış imkanından maliyyə mənfəəti götürə biləcəyini və mediasının məlumat almaq hüququnun məhdudlaşdırılmasının ABŞ Konstitusiyasının Birinci Düzəlişini pozduğunu iddia edirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR