İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Obamanı belə ələ saldı: “İranla danışıqlar pul kisəsi ilə yox, bombardmançı ilə aparılır”

ABŞ prezidenti Donald Trump sosial şəbəkədə diqqət çəkən və istehzalı paylaşım edib.

Musavat.com xəbər verir ki, Tramp paylaşımında İranla aparılan siyasəti keçmiş prezident Barak Obama ilə müqayisə edən illüstrasiya yayıb.

Paylaşım iki hissədən ibarət karikatura formasındadır.

Birinci hissədə Obamanın İran rəhbərliyi ilə danışıqları təsvir olunur. Şəkildə Obama İran dini və hərbi rəhbərlərinin qarşısına böyük pul bağlamaları qoyur. Bu hissənin üzərində “Obama negotiating with Iran” (“Obama İranla danışıqlar aparır”) yazısı yerləşdirilib.

İkinci hissədə isə Trampın İranla “danışıqları” fərqli şəkildə təqdim olunur. Burada Trampın göstərişi ilə ABŞ bombardmançı təyyarələrinin havaya qalxdığı və bombaların atıldığı təsvir edilib. Bu hissədə “Trump negotiating with Iran” (“Tramp İranla danışıqlar aparır”) ifadəsi yazılıb.

Paylaşım sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçi bunu Trampın Obamanın İran siyasətini tənqid etməsi və öz yanaşmasını “sərt güc siyasəti” kimi təqdim etməsi kimi qiymətləndirib.

Xatırladaq ki, Obama administrasiyası dövründə ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlar aparılmış və 2015-ci ildə “Nüvə sazişi” kimi tanınan razılaşma imzalanmışdı. Tramp isə prezidentliyi dövründə həmin razılaşmadan çıxaraq İrana qarşı daha sərt siyasət yürütmüşdü.

İkinci prezidentlik dövründə isə İran tarixdə görünməyən bombardımanlara və itkilərə məruz qallb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR