İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Netanyahudan üz döndərir? – Vaşinqtonu tərəddüdə salan gizli sorğu şoku

ABŞ Prezidenti Donald Tramp İsraildə keçiriləcək seçkilər ərəfəsində Baş nazir Binyamin Netanyahunu açıq şəkildə dəstəkləməkdən çəkinir.

Musavat.com xəbər verir ki, İsrailin "12-ci kanal"ının yaydığı məlumata görə, Ağ Evin bu ehtiyatlı mövqeyinin əsas səbəbi İsrail baş nazirinin zəif seçki reytinqləridir.

Liderlərin son görüşü zamanı Amerika prezidenti Netanyahudan sosioloji sorğulardakı mövqeyi barədə birbaşa soruşub. İsrail hökumətinin rəhbəri cavab verməkdə tərəddüd etdiyindən, məsələyə onun müşavirlərindən biri aydınlıq gətirməli olub.

Keçmiş yüksəkrütbəli amerikalı rəsmilərdən birinin bildirdiyinə görə, Vaşinqtonu açıq seçki dəstəyinə fasilə verməyə məcbur edən məhz Netanyahunun aşağı reytinqidir.

Siyasətçilər arasında sıx və etibarlı təmasların saxlanılmasına baxmayaraq, Tramp israilli həmkarının lehinə açıq çıxış etməyə tələsmir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR