Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp administrasiyasının siyasətini dəstəkləyən kampaniya reklamlarını maliyyələşdirmək üçün özəl vəsaitlərdən istifadə edəcək.
Musavat.com xəbər verir ki, məlumatı Tramp özünə məxsus Truth Social hesabında paylaşıb:
"Radikal solçular mənim böyük Amerika Birləşmiş Ştatlarımız üçün müsbət reklam hesab etdiyim reklamları yayımladığım və onların pulun dövlət vəsaitləri ilə ödədiyim üçün qəzəblənirlər".
Tramp uzun müddətdir ki, 3 noyabrda keçiriləcək aralıq konqres seçkilərində iştirak etməyəcəyini bildirərək, öz administrasiyasının reklamları üçün dövlət maliyyələşdirməsini davam etdirməkdə israr edir. Bu, həm dempokrat, həm də respublikaçı qanunvericilərin bir çoxu tərəfindən etirazla qarşılanır. İndi o, "xüsusən vətənpərvər reklamlar yerləşdirmək və MAGA, Inc. üçün toplanan vəsaitlərdən istifadə edərək onları özü ödəmək qərarına gəldiyini" açıqlayıb.
The Washington Post (WP) mənbələrinə görə, prezidentin öhdəliyi yalnız gələcək reklamlara aiddir. Qəzet Trampın indiyədək reklamlar üçün çəkilən xərcləri dövlətə ödəyib-ödəməyəcəyini bilmir.
ABŞ qanunvericiliyi dövlət qurumlarına vergi ödəyicilərinin vəsaitlərindən icazəsiz "reklam və ya təbliğat" üçün istifadə etməyi qadağan edir. WP-yə görə, reklamlar Konqres tərəfindən sərhəd təhlükəsizliyinin gücləndirilməsi, narkotik qaçaqmalçılığı ilə mübarizə və vəzifə başında həlak olan zabitlərin xatirəsinə abidələrin ucaldılması üçün ayrılan vəsait hesabına ödənilib.
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ