İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp geri addım atdı - İrana hücum dayandırıldı

ABŞ prezidenti Donald Tramp bu axşam həyata keçirilməsi planlaşdırılan İrana qarşı hava bombardmanlarının ləğv edildiyini açıqlayıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Trampın sözlərinə görə, İran ərazisinə zərbə endirilməsi ilə bağlı planlaşdırılan hərbi əməliyyat son anda dayandırılıb və bu qərar rəsmi Vaşinqton tərəfindən təxirə salınıb.

Ağ Ev sahibi bildirib ki, İranı hədəf alan bombardman planı bu axşam üçün nəzərdə tutulsa da, qəbul edilən yeni qərarla əməliyyat dayandırılıb və proses müvəqqəti olaraq gündəmdən çıxarılıb.

Heç şübhəsiz ki, bu addım regionda gərginliyin artdığı, müxtəlif hərbi ssenarilərin və qarşılıqlı ittihamların səsləndiyi bir dövrdə diqqət çəkən siyasi qərardır.

Beləliklə, ABŞ tərəfi İranla bağlı hərbi eskalasiyanı ən azı bu mərhələdə təxirə salmış olur.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyun 2026

11 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR